21-23 aprel 2015-ci ildə Moskva şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının növbəti üçüncü iclası keçirilib.
XİN-dən verilən məlumata görə, Azərbaycan Respublikası nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədlərinin Demarkasiyası üzrə Dövlət Komissiyasının Sədri Xələf Xələfov rəhbərlik edib.
İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub və ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında Təlimat imzalanıb.
Cia.az
