|
Bacısını kanala ataraq öldürən şəxsin məhkəməsi-

Bacısını kanala ataraq öldürən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Abdulov Elşən Oktay oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Elşən Abdulov özünü təqsirli bilir. Bu, onun ilk cinayət əməlidir.

Qətl hadisəsi Şabran rayonunda vaş verib. Ə.Abdulov bacısı Musayıbova Leyla Oktay qızını şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Samur-Abşeron su kanalının üzərində yerləşən körpüdən suya ataraq qəsdən öldürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin məlumata görə E.Abdulov qətli namus üstündə törətdiyini deyib.