|
Yerli avtomobil istehsal

Ekspert: “İstehsalçı şirkət qarşısında şərt qoyulmalıdır ki...”

Azərbaycana minik avtomobillərinin idxalı ildən-ilə artır. Rəsmi statistikadan aydın olur ki, hətta pandemiyanın tüğyan etdiyi 2020-ci ildə də ölkəyə əvvəlki illə müqayisədə 536 ədəd və yaxud 15,15 faiz artıq olmaqla 49 min 692 ədəd (542,4 milyon dollar dəyərində) minik avtomobili gətirilib. Bu ilin 3 ayında isə ölkəyə 14 min 219 ədəd (132,72 milyon dollar dəyərində) minik avtomobili idxal olunub - bu zaman əvvəlki ilin eyni dövrü ilə müqayisədə cəmi 1,4 faizlik azalma qeydə alınıb.

Göründüyü kimi, hər il yüz milyonlarla dollar vəsait minik avtomobillərinin alınmasına görə xaricə çıxır. Halbuki uzun illər boyudur Azərbaycanda avtomobil istehsalının stimullaşdırılması üçün dövlət tərəfindən çoxşaxəli güzəştlər tətbiq olunur. Bu baxımdan, son illərdə sənaye məhəlləsi və parklarında istehsal qurmaq istəyən şirkətlərə 10 illik dövr üçün tətbiq olunan güzəştlər xüsusilə fərqlənir: bu ərazilərdə çalışan şirkətlər 10 il müddətində vergilərdən azad edilirlər. Onların istehsal prosesi üçün zəruri olan avadanlıq və hissələr  də əksər hallarda idxal rüsumlarından azad olunurlar.

2020-ci ilin fevralında Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə" qərar qəbul edib. Qərarla minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin Azərbaycana idxalı gömrük rüsumlarından azad olunub. Qurum bunu ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə etdiyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycanda avtomobil istehsalı zavodları Naxçıvan, Gəncə və Neftçalada yerləşir. Gəncədəki zavod daha çox kənd təsərrüfatı texnikası və yük avtomobillərinin istehsalına keçib. Naxçıvanda yerləşən zavod Çindən gətirilən hissələr əsasında avtomobil yığımını həyata keçirir. Son iki ildə zavodun istehsalı illik 100 ədəd civarında olub. Satışların böyük hissəsi dövlət qurumlarınadır.

Khazar plant's production popular in Azerbaijan

Neftçalada yerləşən və 2018-ci ildən  “Khazar” adlı avtomobillərin istehsalı ilə məşğul olan zavod da əsasən dövlət sifarişlərindən faydalanır. Neftçala sənaye məhəlləsində yerləşən zavodun illik istehsal gücü 10 min ədəd avtomobil təşkil edir. 2018-ci ildə zavodda 1500 avtomobil istehsal olunması nəzərdə tutulsa da, Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumilikdə il ərzində Azərbaycanda cəmi 969 ədəd minik avtomobili yığılıb. Zavod rəhbərliyinin verdiyi məlumata görə, bu sayın 95 faizi satılıb. 2019-cu ildə ölkədə ümumilikdə 2360 ədəd minik avtomobili istehsal olunub, 1 yanvar 2020-ci ilə anbarlarda 175 ədəd məhsul olub.  2020-ci ildə 1949 ədəd və ya əvvəlki illə müqayisədə 411 ədəd az minik avtomobili istehsal olunub. 1 yanvar 2021-ci il tarixinə anbarlarda 199 ədəd minik avtomobili qalıb. Beləliklə, 2020-ci il ərzində Azərbaycanda yığılan 1925 minik avtomobili realizə olunub. Bunun cəmi 19 ədədi xaricə ixrac edilib.

Neftçalada istehsal olunan “Peugeot” satışa çıxarıldı – Qiyməti açıqlandı »  Azerixeber.az

Emin Axundov bildirib ki, “Made in Azerbaijan” brendi altında “Xəzər” avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. 2019-cu ilin fevral ayından zavodda “Peugeot” markalı avtomobillərin istehsalına başlanıb. Şirkət tərəfindən “Peugeot”un 9 modelinin istehsalı nəzərdə tutulub. Bundan əlavə, 2021-ci ilin mart ayından etibarən Azərbaycanda yolsuzluq avtomobillərinin (Cip) istehsalına da başlanmalı idi. Bu barədə ötən ilin noyabrında açıqlama verən E.Axundovun sözlərinə görə, artıq bununla bağlı bir sıra şirkətlərlə danışıqlar aparılır: “Ölkəmizdə ”Cip"lərə böyük tələbat var və bunu nəzərə alaraq mart ayından etibarən onların istehsalını planlaşdırırıq. Artıq bir sıra xarici avtomobil istehsalçıları ilə danışıqlara başlamışıq və ilkin razılıqlarımız var. Avtomobillərin Neftçala Avtomobil Zavodunda istehsalı nəzərdə tutulur. “Cip”lərin qiyməti komplektasiyadan asılı olaraq dəyişəcək".

Xəzər” avtomobillərinin 95 faizi satılıb - Zavodun

Emin Axundov

Qeyd etdiyimiz kimi, “Khazar” avtomobillərinin də əsas alıcısı dövlət qurumlarıdır.  İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu, Dövlət Statistika Komitəsinin yerli idarələri və digər qurumlar var. 2018-ci ilin ikinci yarısından etibarən ƏƏSMN də müharibə əlillərinə avtomobillərin mühüm bir qismini məhz bu zavoddan əldə edir. Nazirlikdən “Yeni Müsavat”a verilən məlumata görə, 2019-cu ildə 547 ədəd, 2020-ci ildə isə 400 avtomobil alınaraq əlillərə verilib.

Zavodun planlarına əsasən, 2019-cu ilin sonunadək altı min avtomobil istehsal olunmalı, ildə iki min avtomobilin xaricə satılması təşkil edilməliydi. Eyni zamanda həmin ilin sonunadək avtomobillərin detallarının 30 faizinin Azərbaycanda istehsalı təşkil olunmalı idi. 2019-cu ilin fevralında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov mətbuata açıqlama verərək bildirmişdi ki, ilin sonunadək “Khazar” avtomobillərinin ilk partiyasının Rusiyaya ixracı baş tutacaq. E.Axundov həmçinin əlavə edib ki, avtomobillərin Ukraynaya ixracı üçün sertifikasiya tələb olunur: “Biz hazırda sertifikasiyadan keçirik”.

Lakin “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı hələ də baş tutmayıb. Əvəzində Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, hətta Almaniyaya belə avtomobil ixrac edilib. Belə ki, rəsmi statistikaya əsasən 2020-ci il ərzində Azərbaycandan xaricə 15 ədəd (443,03 dollar) mühərrikinin həcmi 1500-3000 kub sm olan, qığılcımla alışan DYM-li, 3 ədəd (214,15 min dollar) mühərrikinin həcmi 3000 kub sm-dən çox olan, qığılcımla alışan DYM-li , cəmi 1 ədəd mühərrikinin həcmi 1500-2500 kub sm olan, sıxılmaqdan alışan DYM-li (dizel) avtomobil (6,3 min dollar) satılıb. Bunlardan 9-u Birləşmiş Ərəb Əmirliklərinə, 4-ü Ukraynaya, 2-si Almaniyaya, 2-si Gürcüstana, 1-i isə Qətərə realizə olunub.

Bu ilin birinci rübündə Azərbaycanda 408 ədəd minik avtomobili istehsal olunub, aprelin 1-nə 267 ədəd hazır məhsul ehtiyatı yaranıb.

E.Axundov deyir ki, Azərbaycanda istehsal olunan avtomobillər yerli istehsal sayılsa da, əslində belə deyil: “Ölkədə avtomobil istehsalı yoxdur - vintaçanla yığma var. O zaman istehsal deyərsən ki, avtomobil detallarının heç olmasa 25 faizi ölkədə buraxılsın. Bizdə isə yığılan avtomobillərin ancaq təkərlərinə vurulan hava yerlidir, başqa hər şey xaricdən, valyuta ilə alınıb gətirilir. Detallar valyuta ilə alınır, sonra həmin maşınlar büdcə təşkilatlarına satılır, büdcədən ayrılan manat valyutaya çevrilib ölkədən çıxır. 2021-ci ilin ilk üç ayında 408 avtomobil yığılıb, onun cəmi 141 ədədi satılıb. Aya 47 avtomobil yığıb büdcə vəsaitinə satıblar, qalanı anbarda qalıb, buna fəxrlə ”yerli avtomobil istehsalı" deyirlər. Avtomobil istehsalı başqadır, məsələn, “Toyota” dəqiqəyə 19,9 ədəd, “Volkswagen” 19,8 ədəd, “Hyundai” 13,7 ədəd avtomobil istehsal edir. Yəni “Toyota”nın az qala 20 dəqiqəyə istehsal etdiyi qədər maşını bizimkilər 3 aya vintaçanla yığıblar".

Ekspertin sözlərinə görə, avtomobil detallarının dörddə birinin daxildə hazırlanması bu sahədə istehsalı qızıl qaydasıdır: “Əks halda, bu istehsalı yerli saymaq mümkün deyil. Həm də detalların istehsalı yan sahələrin də inkişafını stimullaşdırır, ölkədə avtomobil sənayesi üzrə mütəxəssis yetişdirir. Amma bizdə bunların heç biri yoxdur. Sadəcə, hazır gətirilən avtomobil yüksək gömrük rüsumuna cəlb edilir, bizimkilər isə hissələrin idxalını rüsumdan azad edib, gətirib burada yığıb kifayət qədər də baha qiymətə satırlar. Özü də tərəfdaş şirkət elə yüksək keyfiyyətli məhsul istehsalı ilə tanınmır”.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » Reyting.az

Natiq Cəfərli 

Natiq Cəfərli bildirir ki, dünya və regionda brend şirkətlərin zavodları açılan ölkələrdə hissələrin ən azı 25 faizinin həmin ölkədə istehsalı təmin edilir: “Bu, Özbəkistanda da belədir, Rusiyada da, Türkiyədə də. Türkiyədə az qala detalların 50 faizi yerli istehsaldır. Amma Azərbaycanda neçə ildir bunu desələr də, hələ də hissələrin istehsalı qurulmayıb. Buna görə də yerli istehsal sözünü işlətmək düzgün deyil”.

Ekspertin fikrincə, hökumət istehsalçı şirkət qarşısında  detalların 25 faizinin ölkədə hazırlanması üçün konkret müddət tələbi qoymalıdır.