|
Nərgiz Yaqublu vəfat etdi

Müsavat Partiyası başqanının həbs edilən müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu vəfat edib.

Bu barədə social şəbəkədə bildirilir. Məlumatlara görə, Nərgiz Hepatit C xəstəliyndən əziyyət çəkirdi və bir neçə gün öncə komaya düşmüşdü.

Tofiq Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda keçən iğtişaşlardan sonra həbs olunmuşdu. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onun digər qızı Müsavat Partiyasının üzvü Nigar Yaqublu isə 2012-ci ildə həbs edilmişdi.

Abşeron Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçmişdi.

Nigar Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilirdi.

Cia.az