|
Danimarkanın “AstraZeneca” vaksinindən imtina etdiyini elan edib, huşunu itirdi

Ötən gün Danimarka “AstraZeneca” vaksinindən istifadəsini tamamilə dayandırdığını açıqlayıb.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, Danimarkanın qərarı ilə bağlı elanın ardından bu xəbəri geridə qoyan gözlənilməz hadisə baş verib. Mətbuat konfransında Danimarka Farmakologiya Departamentinin direktoru Eriçsen bununla bağlı açıqlama verdikdən sonra huşunu itirərək, yerə yıxılıb. Lakin qısa müddətdə özünə gələn Eriçsen bir qədər sonra konfransı tərk edib. Verilən açıqlamada onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Beləliklə, Danimarka Avropada “AstraZeneca” vaksinindən tamamilə imtina edən ilk ölkə olub. Xatırladaq ki, Danimarka ötə ay “AstraZeneca” vaksinindən istifadəni müvəqqəti olaraq dayandırmış və yenidən davam etmişdi.

6077ce0c4e3fe10da8e23ff9.jpg (74 KB)

Danimarkanın “AstraZeneca” vaksini ilə bağlı qəti qərarının səbəbi vaksindən sonra insanlarda yan təsirlərin ortaya çıxmasıdır. Belə ki, adı çəkilən vaksin ilə peyvənd olunan 140 min insanın bəzilərində qan laxtalanma xəstəliyi yaranıb.

Danimarkada bundan sonra “Pfizer / BioNTech” və “Moderna” peyvəndləri ilə vaksinasiya prosesinə davam edəcəyini açıqlayıb.
Ümumiyyətlə, bu günə qədər Avropanın təxminən 10-dan ölkəsi ortaya çıxan yan təsirlərə görə “AstraZeneca” vaksinindən istifadəni bir müddət müvəqqəti olaraq dayandırıb, daha sonra yenidən tətbiq etməyə başlayıb.