|
İraqın Erbil hava limanı yaxınlığına raket düşüb

İraq Kürdüstanında yerləşən Erbil hava limanı yaxınlığına raket düşüb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik xidməti məlumat yayıb.

Bildirilib ki, şahidlər hava limanının yaxınlığında raketin partlamasını müşahidə ediblər.

İtki və dağıntı barədə heç bir məlumat verilməyib.