|
Braziliyada ölənlərin sayı yeni doğulanların sayını ötdü

Braziliyanın Rio de-Janeyro şəhərində altı ay ərzində ölənlərin sayı yeni doğulanların sayını ötüb.
Musavat.com CNN-in yaydığı hesabata istinadən xəbər verir ki, mart ayında Rio de-Janeyroda 36.437 ölüm, 32.60  doğuş sayı qeydə alınıb. Bununla da şəhərdə ölənlərin sayı yeni doğulanların sayından 16 faiz çox olub.

Təkcə Rio de-Janeyroda deyil, Braziliyanın digər şəhərlərində də ölənlərin sayı yeni doğulanların sayından 10 dəfə çox qeydə alınıb.

Bu statistika Braziliyada koronavirusla bağlı vəziyyətin necə gərgin olduğunu bir daha sübut edir.

Mütəxəssislər ölkədə virusun sürətlə yayılmasının əsas səbəbini mutasiyaya uğramış yeni variantların ortaya çıxmasında görür. Rəsmi məlumata görə təkcə ötən mart ayında 77.515 nəfər virusdan ölüb,  iki milyon yeni yoluxma faktı qeydə alınıb. Bu günə qədər ölkədə 6.3 milyon insan vaksinasiya prosesinə qoşulub. Lakin peyvəndin ikinci dozasını almayanların da sayı çoxdur. Səbəb əksəriyyətin vaksinasiyaya inamın olmaması ilə bağlıdır.

Xatırladaq ki, bu günə qədər Braziliyada 13,6 milyondan çox yoluxma, 358 mindən çox ölüm faktı qeydə alınıb. Bununla da Braziliya yoluxma sayına görə dünyada ABŞ, Hindistandan sonra 3-cü, virusdan ölənlərin sayına görə isə 2-ci sıradadır.