Yeni ildə odlu silahla adam öldürən dostların məhkəməsi başlayıb.
Qətl törətməkdə təqsirləndirilən Elşən Gözəlov və Cəmil Hüseynovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə araşdırması başlayıb.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Hadisə 2020-ci il dekabrın 31-də Pirallahı rayon ərazisində baş verib.
1987-ci il təvəllüdlü Röyal İlyasov yaşadığı evin yaxınlığında baş nahiyəsindən odlu silahla vurulub.
Əməliyyat-axtarış tədbirləri ilə, zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun tərəfindən aralarında yaranmış mübahisə zəminində qətlə yetirildiyi məlum olub.
