Moldova mediasında Qarabağ məsələsində Azərbaycanın müdafiəsinə yönəlik növbəti yazılar dərc olunub. Təksə son 3 gündə 1-dan çox saytda Azərbaycanın haqq savaşına dair məqalələr işıqlandırılıb.
Mühüm məqamlardan biri də odur ki, həmin məqalələrin əksəri diaspor və səfirliyin təqdim etdiyi açıqlamalardan ibarət deyil, Moldova jurnalistlərinin öz təhlilləridir.
Moldovalı jurnalistlər Azərbaycanın haqq savaşından, 10 noyabr bəyanatına ermənilərin əməl etməməsindən, Şuşaya “İsgəndər M” raketinin atılması məsələsindən, habelə Azərbaycan Prezidenti İlham Əliyevin Hərbi Qənimətlər Parkında və ADA Universitetindəki konfransda etdiyi çıxışından yazıblar, təhlillər aparıblar.
Moldova KİV-də habelə 62 erməni diversantı ilə bağlı da məqalə dərc olunub.
Moldovanın nüfuzlu TRİBUNA informasiya portalında və coment.md xəbər saytında “Кем являются 62 члена армянского военного отряда, захваченные азербайджанскими военными в середине декабря прошлого года?”(“Ötən ilin dekabırında Azərbaycan hərbçiləri tərəfindən saxlanılan erməni hərbi dəstənin 62 üzvləri kimlərdir”) adlı məqalə dərc olunub. Məqalədə keçən ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatdan sonra bölgədə baş verən proseslər təhlil edilir. Bu xüsusda yazıda sözügedən bəyanata əsasən bölgəyə rus sülhməramlılarının yerləşdirilməsi, Qarabağdakı təmas boyunca Rusiya müşahidə məntəqələrinin qurulması, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması, Rusiya-Türkiyə ortaq monitorinq mərkəzinin fəaliyyətə başlanılması və tərəflər arası əsir mübadiləsinin həyata keçirilməsindən bəhs olunur. Həmçinin məqalədə qeyd olunur ki, razılaşmaya əsasən hər iki tərəfdən qaçqınların göstərilən ərazilərə qaytarılması və Azərbaycan ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması nəzərdə tutulub.
Məqalədə Azərbaycan hərbçiləri tərəfindən keçən ilin dekabrında saxlanılan 62 nəfər erməni terrorçu-diversant məsələsinə diqqət yetirilib. Vurğulanır ki, erməni tərəfi müxtəlif beynəlxalq platformalar da daxil olmaqla sistemli şəkildə Azərbaycandakı erməni "əsirləri" məsələsini gündəmə gətirir. Lakin bu şəxslərin «hərbi əsir» deyil diversant və terrorçu olduqları, onların müharibədən 20 gün sonra törətdikləri təxribat və terror aktları nəticəsində 4 Azərbaycan hərbçisinin həlak olduğu, 1 mülki şəxsin yaralandığı və bu şəxslərin «hərbi əsir» kateqoriyasına daxil olmadıqları qeyd olunur. Məqalədə bildirilir ki, Ermənistan tərəfi Azərbaycan ərazilərinə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini qanunsuz yollarla yerləşdirmək cəhdlərindən əl çəkmir. Bu isə gələcəkdə belə təxribatların təkrarlanmasını istisna etmir. Bununla yanaşı məqalədə Azərbaycanın bölgədə yeni format əməkdaşlığın qurulmasına hazır olduğu, lakin Azərbaycan tərəfindən belə təxribatların gələcəkdə təkrarlandığı halda onlara adekvat cavab veriləcəyi vurğulanır.
Sonda müəllif, Ermənistanı bölgədə yeni mövcud olan reallıqları qəbul etməyə, qonşularla normal münasibətlər qurmağa və bölgədə kommunikasiya xətlərinin açılmasından faydalanmaqla yanaşı regional layihələrin tam hüquqlu iştirakçısı olmağa çağırır.
Nəzərə çatdıraq ki, Azərbaycanın Moldovadakı səfirliyi və diasporu yerli KİV-lə sıx əməkdaşlıq edir. 2020-ci ilin Tovuz döyüşləri zamanı, habelə 44 günlük Vətən Müharibəsində bunun şahidi olduq. Artıq bu ölkənin jurnalistlərində Azərbaycan haqqında müsbət fikirlər formalaşdırıb və onlar artıq regional prosesləri təhlil edərək, Azərbaycanla bağlı obyektiv yazılar yazırlar.
Məqalələrlə daha ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür.
https://tribuna.md/ru/2021/04/13/ru-кем-являются-62-члена-армянского-военн/
https://noi.md/ru/v-mire/aliev-pokazal-oblomki-rossijskih-iskanderov-iz-nagornogo-karabaha
https://dosug.md/ru/news/1440429/
https://dosug.md/ru/news/1440390/
https://noi.md/ru/v-mire/aliev-soobshhil-o-razgovore-s-putinym-pro-oblomki-iskanderov-v-karabahe
https://noi.md/ru/v-mire/aliev-dopustil-mirnoe-soglashenie-s-armeniej
https://noi.md/md/in-lume/aliev-a-admis-posibilitatea-incheierii-unui-acord-de-pace-cu-armenia
https://dosug.md/ru/news/1440605/
