|
DİQQƏT!

Texnologiya sahəsində məşhur olan iki mütəxəssis Whatsapp platformasında çox ciddi nəticələrə səbəb olacaq boşluq tapdıqlarını iddia ediblər. 

Valyuta.Az Webtekno.com-a istinadən xəbər verir ki, Luis Marquez və Ernesto Kanales adlı mütəxəssislərin iddiasına əsasən, Whatsapp platformasında çox qəribə təhlükəsizlik boşluğu var və hər kəs bundan istifadə edərək digər istifadəçilərin şəxsi profillərini birdə açılmamaq üzrə bağlatdıra bilərlər.  

Mediada şok effekti yaradan bu hadisənin necə baş verdiyi barəsində açıqlama verən mütəxəssislər deyiblər:

“Profili sildirmək istəyən şəxs  digər istifadəçinin telefon nömrəsini öz tətbiqində dəfələrlə daxil edir və eyni sayda təsdiq etmə parolu nömrə sahibinə göndərildikdən sonra Whatsapp parolun daxil olunması üçün 12 saatlıq məhdudiyyət tətbiq edir. Bu müddət ərzində kibercinayətkar istifadəçinin adına uyğun elektron poçt ünvanı yaradır və Whatsappın rəsmi qurumu ilə əlaqəyə keçərək guya ki, onun profilinin oğurlanmaq istədiyini bildirir. Daha sonra, kibercinayətkar bu prosesi daha iki dəfə təkrarlayır və ümumilikdə 36 saatın sonunda whsatapp profilin qeyri-leqal olduğu və ya təhlükəli məqsədlər üçün istifadə ediliyi riskini nəzərə alaraq onu birdəfəlik silir”.

Qeyd edək ki, whatsapın aid olduğu “Facebook” şirkətindən məsələ ilə bağlı rəsmi cavab verilməyib, amma bunun qarşısının alınması üçün hal-hazırda ən effektiv yol isə profilin ikili təsdiqi prosesini tətbiq etməkdir.