“Yuventus”un baş məşqçisi Andrea Pirlo hücumçuları Kriştiano Ronaldonun formasını yerə tullamasına münasibət bildirib.
Qol.az xəbər verir ki, “Cenoa”ya qarşı A seriyasının dünənki oyununda (3:1) baş verən bu hadisə ilə bağlı italiyalı mütəxəssis deyib:
"Təəccüblü heç nə yoxdur. Ronaldo qol vurmaq istəyirdi. Alınmadığına görə belə reaksiya verdi ki. Onda çempionluq xarakteri var, qol vurmaq, özündən sonra iz qoymaq istəyir. O, qol vura bilmədiyinə görə məyus idi. Matç artıq başa çatıb, onun hirslənməsi isə normal idi. Düşünmürəm ki, bu davranışına görə klub onu cəzalandıracaq”.
