|
Robben 6 aydan sonra meydana qayıtdı

Niderlandın “Qroningen” klubunun futbolçusu Aryen Robben uzun fasilədən sonra meydana çıxıb.

Qol.az xəbər verir ki, ulduz oyunçu Erediviziyanın 29-cu turunda “Herenven”lə görüşdə iştirak edib.

Niderlandlı yarımmüdafiəçi altı aydan sonra yaşıl meydanlara qayıdıb. 37 yaşlı futbolçu matçın 78-ci dəqiqəsində meydan daxil olub və heç nə ilə yadda qalmayıb.

Qeyd edək ki, uzun müddətdir zədədən əziyyət çəkən Robben sonuncu dəfə ötən il oktyabrın 18-də “Utrex”lə görüşdə meydana çıxmışdı.