|
Ermənistanda rus generalın qızının meyiti tapıldı

Bu gün axşam saatlarında Ermənstanın paytaxtı İrəvanda 40 yaşlı qadın meyiti tapılıb.

"Qafqazinfo" erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Kanaker-Zeytun rayonu ərazisində baş verib.

Jurnalist Qaqik Şamşyan iddiasına görə, David Anaxt küçəsində evlərindən birinin eyvanında tapılan qadın meyiti Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantının qızına məxsusdur. Lakin nə qadının, nə də atasının adı açıqlanmır.

Bundan başqa, meyitin yanında tapança da aşkarlanıb. Məlumata görə, həmin tapança atasının qızına hədiyyəsi olub.