Bir nəfəri öldürməkdə, bir nəfəri də ağır yaralamaqda ittiham edilən şəxsin məhkəməsi keçirilib. Məhkəmə ona ağır cəza təyin edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Hikmət Fərəcovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən H.Fərəcov 19 il müddətinə azadlıqdan məhrum edilib.
H.Fərəcov Hacıqabulda 1968-ci il təvəllüdlü Gülxara Qubadlını qarət məqsədi ilə qətlə yetirərək yol kənarına atıb.
Daha sonra Bakıya qayıdan H.Fərəcov Səbail rayonu Z.Əliyeva küçəsində sosial şəbəkədə tanış olduğu Masallı rayon sakinin 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə kəsici alətlə xəsarətlər yetirib. Səbəb isə Əli Rəcəbzadənin Hikmətin qətl törətməsindən xəbər tutması və onun evindən çıxarmaq istəməsidir.
