|
YAP toplantı keçirir

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Uydurma” 1915- ci il erməni soyqırımından “ Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri mövzusunda konfrans keçirilir.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən YAP icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, ermənilər 100 ildən bu yana tarixdə olmayan “erməni soyqırımı” ilə bağlı dünyaya yalanlar, uydurmalar söyləyirlər: “Çox təəssüflər olsun ki, onlar tarixdən də ibrət dərsi götürmürlər. Dərs götürmürlər ki, yalanlarla, uydurmalarla həqiqətin üzərinə kölgə salmaq olmaz. Çünki artıq dünya özü də erməni yalanlarını açıq şəkildə görməkdədir”. YAP rəsmisi qeyd edib ki, uydurma erməni soyqırımı faş olunması istiqamətində Azərbayacan ilə Türkiyənin elm adamları birlikdə fəaliyyət göstərirlər, xeyli iş görürlər.

Tarixçi Vasif Qafarov bildirib ki, ermənilər soyqırımdan danışsalar da, bu günə kimi bir dənə də olsun kütləvi məzarlıq faktını ortaya qoya bilməyiblər: “Amma bizim Qubada, Şamaxıda, Neftçalada toplu məzarlıqlarımız var. Təkcə Şamaxıda 22 min insanın adını, soyadını ortaya çıxarmışıq. Şamaxı qəzasının 105 kəndi tamamilə yandırılıb. Bu onu göstərir ki, erməni soyqırımı deyilən bir fakt yoxdur. Ümumən bu hadisələr- ermənilərin ötən 100 ildə törətdikləri faciələr zamanı türk dünyasına 371 milyard ziyan dəyib”.