|
Qusarda qardaşını öldürən şəxsə 15 il cəza verildi

Qusarda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Raul Orucovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Raul Orucov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Qusar rayonunda qeydə alınıb. Bakı şəhərində qeydiyyatda olan, müvəqqəti olaraq Qusarda yaşayan 1970-ci il təvəllüdlü Orucov Raul Luğman oğlu şəxsi münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Orucov Kamran Luqmanoviçi bıçaqlayaraq qətlə yetirib.

Hadisənin qardaşlar arasındakı mülk davasına görə baş verdiyi bildirilir.