Ötən gün vəfat edən xalq artisti Rəmiş (Rafiq Hüseynov) barədə kiçik qardaşı Romiq Hüseynov sənətkarın ölümündən danışıb.
Mərhumun qardaşı Musavat.com-a açıqlamasında qardaşı ilə münasibətinin normal olduğunu deyib:
"Münasibətimiz yaxşı idi, xəstəxanaya buraxmırdılar. Ona görə Rəmişi ziyarət edə bilmirdik. Bilirdik ki, xəstədir. Xəstəxanadan getməzdən əvvəl danışmışdıq. Görüşə bilmədən həyatdan köçdü".
