Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq işçiləri hakim qarşısına çıxarılıb. Onlar mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanırlar.
Təqsirləndirilən şəxslərdən biri nazirliyin Hidrometeorologiya departamentinin direktoru olmuş Əkbər Həsənovdur. Onunla birlikdə departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev də təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılıblar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.
İttihama görə, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Belə ki, onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər.
Nazirliyə dəymiş 451 min manat ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən işçilərin hər birinə şərti cəza verilib.
Qeyd edək ki, adı çəkilən şəxslərdən yalnız İlqar Hacıyev həbsdə idi. Onun cəzası da şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
