|
Albaniyanın yeni rəhbəri:

Albaniyada 38 yaşlı Vyosa Osmani parlamentin səsverməsi ilə ölkənin yeni prezidenti seçilib.

o, seçkilərin üçüncü turunda parlamentin 120 üzvündən 71-nin səsini qazanaraq, prezident olub.
Osmani bundan əvvəlki prezident, hərbi cinayətdə ittiham olunan Haşim Taçinin noyabr ayında istefa verməsindən sonra bu vəzifəni müvəqqəti icra etməyə başlamışdı.

Albaniya prezidenti seçildikdən sonra Vyosa Osmani öz çıxışında Serbiya ilə dialoq qurmaq və münasibətləri normallaşdırmaq istədiyini bildirib.

Bununla yanaşı, Osmani Serbiyanın əvvəlcə üzr istəməli olduğunu və 1998-1999-cu illərdə törədilən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanları mühakimə etməsi lazım olduğunu deyib.
Xatırladaq ki, Albaniya 2008-ci ildə Serbiyadan birtərəfli olaraq ayrılaraq, öz müstəqilliyini elan edib.

Bəs Vyosa Osmani kimdir?

Vyosa Osmani 1982-ci il mayın 27-də Albaniyanın Mitrovitsa şəhərində anadan olub. İlk və orta təhsilini burada alan Osmani Priştina Universitetinin hüquq fakültəsini bitirib. Daha sonra isə ABŞ-ın Pitsburg Universitetində magistr və doktoranturaya daxil olub.

Gəncliyində Albaniya Demokratik Birliyinə qoşulan Osmani bu partiyadan millət vəkili seçilib. Bir qədər sonra isə parlamentin sədri vəzifəsində fəaliyyət göstərib.

Osmani beynəlxalq hüquq və iqtisadi hüquqa aid bir neçə kitab və məqalələrin müəllifidir.

Evlidir, iki uşağı olan Osmani ana dili ilə yanaşı türk, ingilis, ispan və serb dillərini mükəmməl bilir.