ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden şəxsi noutbukunda azyaşlı qızlarla seksual xarakterli fotolarının çıxması ilə bağlı xəbərlərə münasibət bildirib.
Bu barədə o, “CBS News” kanalında Treysi Smitin suallarını cavablarkən danışıb.
Müsahibədə Hanter Bayden burada “rus izi”nin ola biləcəyinə işarə vurub.
Prezidentin oğlu öncə ümumiyyətlə fotomaterialların üzə çıxarıldığı noutbukun ona məxsus olduğunu inkar edib. O, hətta həmin kompüterin sahibini bilmədiyini söyləyib.
“Orada məndən oğurlanan noutbuk da ola bilər. Bəlkə mənim maşınımı sındırıblar. Burada rus kəşfiyyatının da barmağı ola bilər. Kim bilir?”,-deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ mətbuatında çıxan xəbərlərə görə, Hanter Baydenin kompüteri Delaver ştatındakı bir xidmət mərkəzinə təmir üçün verilmiş, orada onun azyaşlı qızlarla ədəbsiz yazışmaları və fotolarının çıxdığı iddia edilmişdi.
Bundan başqa, Hanter Baydenin Ukraynadakı biznes fəaliyyətinin qaranlıq məqamları ilə bağlı mühüm faktların əldə olunduğu, onun gizli sazişlərinin üzə çıxarıldığı gələn xəbərlər arasındadır. Oğul Bayden noutbukunu Delaverə apardığını xatırlamadığını qeyd edib.
Bu ilin aprel ayının 6-da Hanter Baydenin xatirələrinin əks olunduğu kitab çapdan çıxmalıdır. Burada o, Ukraynada, Burisa şirkətindən qazandığı pulları spirtli içkilərə və narkotiklərə sərf etməsindən danışıb. Lakin CBS-ə müsahibəsində kiçik Bayden xanımı Melissa Koenlə evlənəndən bu yana ağıllandığını söyləyib.
