|
YAP veteranlarından olan Aydın Heydərov koronavirusdan VƏFAT ETDİ

Tanınmış YAP-çı, 1992-ci ilin aprelində keçirilmiş məşhur “Yaş senzi” ilə bağlı mitinqin təşkilatçılarından biri, YAP Nəsimi rayon təşkilatının yaradıcılarından olmuş Aydın Heydərov vəfat edib. 

Bununla bağlı deputat Fazil Mustafa məlumat yayıb.

O qeyd edib ki, mərhum 1 aya yaxındır ki, koronavirusla mübarizə aparırmış. 

Qeyd edək ki, 1948-ci il təvəllüdlü A. Heydərov Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri idi. O, 1992-ci ildə “İnturavto” Bakı Avtomobinatının direktoru, 1997-ci ildən isə eyniadlı Açıq Səhmdar Cəmiyyətin sədri olub.