|
Kremldən Ukraynaya TƏHDİD:

Ukraynanın şərqindəki təmas xəttində iki tərəf arasında vəziyyət qorxuducudur.

Musavat.com “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Kremlin açıqlamasında bildirilib.

“NATO hərbçilərini Ukraynada yerləşdirərsə, lazımi tədbirləri görəcəyik. Kiyevin Ukraynaya NATO hərbçilərini yerləşdirməsinə dair açıqlaması qəbuledilməzdir”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, NATO-ya üzv ölkələrin Ukraynadakı səfirləri aprelin 2-də Ukrayna-Rusiya sərhədindəki vəziyyətlə bağlı toplantı keçirib.