Milli Məclisdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunan zaman söz alan deputat Etibar Əliyev bir sıra məmurların Əmək Məcəlləsinin tələblərindən sui-istifadə etdiklərini bildirdi.
Deputat ardınca AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini tənqid etdi: “Ramiz Mehdiyev AMEA-nı istədiyi inzibati orqana çevirib və əmək qanunlarını kobud surətdə pozur. Belə ki Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb.
Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da da bu işləri keçmiş bir Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.
