Bu gün Azərbaycanın opera artisti, Əhməd Ağdamski kimi tanınan Əhməd Bədəlbəylinin xatirə günüdür.
1884-cü ildə Şuşada doğulan Əhməd kiçik yaşlarından xalq mərasim tamaşalarında iştirak edib.
Səhnə fəaliyyətinə 1910-cu ildə “Nicat” xeyriyyə cəmiyyətinin truppasından başlayan Əhməd Bədəlbəyli Azərbaycanda qadın aktyorların yoxluğu ucbatından 1920-ci ilədək opera və musiqili komediyalarda əsasən qadın rollarını oynayıb. 37 yaşından (1921) ömrünün sonunadək pedoqoji fəaliyyətlə məşğul olan aktyor 70 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
