|
Yəməndən daha bir təxliyyə başa çatdı

Yəməndən xarici vətəndaşları təxliyyə edən səkkizinci Rusiya təyyarəsi Moskva vilayətinin Çkalov aerodromuna enib.

ANS PRESS-in məlumatına görə, aperlin 23-nə keçən gecə Moskvaya enən “Lil-62” təyyarəsində 140 nəfər olub. BU barədə “RİA” xəbər yayıb.

Xəbərdə bildirilir ki, təxliyyə edilənlər Rusiya, Ukrayna, Belorussiya, Özbəkistan, Yəmən və ABŞ vətəndaşları olublar.

Bəzi məlumalara görə, Yəməndə 2 min Rusiya vətəndaşı var.

Qeyd edək ki, aprelin 21-də ərəb ölkələri koalisiyası Yəməndə hərbi əməliyyatın sona çatdığını bəyan etsə də, yenidən Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinin Yəmənin cənubuna şiddətli zərbələr endirdiyi bildirilir.