|
“Kefaret”də gözlənilməz dəyişiklik

Reytinqli layihələrdən olan “Kefaret” serialı ilə bağlı gözlənilməz qərar qəbul edilib.

 

Axşam.az türk mətbuatına istinadən bildirir ki, ekran işinin baş rolunda çəkilən aktyor Mert Fırat virusa yoluxub. Nəticədə serialın sseanrisinə ciddi dəyişiklik edilib.

Bundan sonra ekran əsərində Sinan obrazına həyat verən Mert Suriyaya səfər edibmiş kimi göstəriləcək. Karantinə alınan Fırat müalicəsi bitdikdən sonra isə yenidən çəkiliş meydanına qayıdacaq.

Qeyd edək ki, “Kefaret”də Mertin tərəf müqabili aktrisa Nurgül Yeşilçaydır.