|
Azərbaycanda 49 yaşlı müəllim koronavirusdan vəfat edib

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.

CİA.AZ APA-ya istinadən xəbər verir ki, Sumqayıtda bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva dünyasını dəyişib.

O, Sumqayıt şəhər 28 nömrəli məktəbin fizika müəllimi idi, çalışdığı təhsil müəssisəsi isə ötən gündən distant təhsilə keçib.

Qeyd edək ki, Sumqayıtda indiyədək 9 nəfər təhsil işçisi koronavirusdan vəfat edib.