|
Rusiya gücünü belə göstərəcək-

Moskva ətrafı Alabino poliqonunda Qələbə paradına hazırlıq davam edir. Bu gün piyada və ağır texnikanın təlim məşqləri keçirilib.
Ruslar ciddi-cəhdlə bu parada hazırlaşır və onlar bütün dünyaya Rusiyanın qüdrətini göstərmək əzmindədir.
9 mayda Moskvada Qırmızı meydanda Qələbə paradında 15 mindən yuxarı hərbi qulluqçunun təntənəli marşla keçəcəyi gözlənilir.
Nəzərdə tutulub ki, bu dəfə Moskvada keçiriləcək yubiley paradı bayramın bütün tarixi ərzində ən böyük və genişmiqyaslılardan biri olacaq.
Parada hazırlıqlardan fotoları sizə təqdim edirik.