|
Güclü yağış Bakıda evləri su altında qoydu

Bakıda gecədən davam edən güclü yağışlar paytaxtın bir neçə rayonunda evlərin su altında qalmasına səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, güclü yağışlar Binəqədi rayonu ərazisində fərdi yaşayış evlərini su basması ilə nəticələnib. Nazirliyin xilasediciləri 2 nəfəri evdən çıxarıblar.

Daha bir hadisə isə Nərimanov rayonunda baş verib. Burada su basmış evdən 5 nəfər təxliyə olunub.

Qeyd edək ki, hazırda Bakıda güclü yağışlar davam edir.