|
İngiltərədə pivə barlarına giriş üçün vaksinasiya sənədi tələb olunacaq

İngiltərədə pivə barlarına giriş üçün vaksinasiya sənədi və yaxud test nəticəsi tələb oluna bilər. Bu barədə İngiltərənin Baş naziri Boris Conson deyib.

Qeyd edək ki, koronavirus epidemiyası səbəbindən İngiltərədə artıq üçüncü dəfədir ki, qapanmalar tətbiq edilib. Qapanmaların son günlərinə yaxınlaşan dövrdə ölkədə məhdudiyyətlərin tədricən hansı şəkildə aradan qaldırılacağına dair detallar müzakirə olunur. Ehtimallara görə İngiltərədə "pub", restoran və kafelər aprelin 12-də açıla bilər.

İngiltərədə bu günə qədər 4 312 408 nəfərdə koronavirus aşkarlanıb, onlardan 126 382 nəfər dünyasını dəyişib.