“Qərb tərəfindən sanksiyaların sərtləşdirilməsi perspektivi Moskva və Pekini qlobal maliyyə sistemindən uzaqlaşmağa vadar edir. Lakin hazırkı anda bu olduqca müşkül görünür”.
Almaniyanın "Handelsblatt" qəzetində Mattias Brüqman və Dana Haydenin imzası ilə maraqlı yazı dərc olunub.
Qəzet Rusiya xarici işlər naziri Sergey Lavrovun Çinə rəsmi səfəri zamanı “iki hökumətin qlobal hesablaşmalar sistemindən ayrılmağa hazırlaşdığı” barədə sözlərinə yer verib. Çinin Quylin şəhərində danışan Sergey Lavrov Qərbə bağlı olan ödəmə sistemlərindən uzaqlaşaraq, maliyyə müstəqilliklərini əldə etmələri sayəsində sanksiyalardan gələcək zərəri azalda biləcəklərini söyləyib.
Rusiya prezidentinin mətbuat xdmətinin rəhbəri Dmitri Peskov da Qərb ittifaqının onları SWIFT beynəlxalq bank ödəmələri sistemindən ayıra biləcəyi təhdidini hər zaman üzərlərində hiss etdiklərini bildirib.
Analitiklərin rəyinə görə, rəsmi Moskvanın təkbaşına dollar və SWIFT-dən imtina etməyə gücü yoxdur. Bunu üçün isə onlara Çin lazımdır.
Məsələn Rusiyanın dövlətə bağlı “VTB” bankının rəhbəri Andrey Kostin SWIFT-dən uzaqlaşdırılmalarını “maliyyə atom bombası” ilə müqayisə edib. Məlum olduğu kimi prezident Donald Trampın dövründə ABŞ İrana qarşı bənzər sanksiyanı tətbiq etmiş, nəticədə İran bankları beynəlxalq ödəmələrdən ayrı düşərək olduqca ağır vəziyyətə salınmışdı.
Rusiya və Çin ABŞ-ın maliyyə bazarlarında az qala inhisarçı mövqe tutan “Visa” və “Mastercard” kimi nəhənglərin asılılğından qurtulmaq məqsədilə artıq öz kredit kartlaırnı buraxılışlarına başlayıblar.
“Rusiya və Çin arasında münasibətlər ayrı ölkələrə nisbətən daha dürüst və səmimidir. Həmin dövlətlər yalnız öz motivləri, gizli gündəmləri, başqalarına qarşı sui-qəsdlər ətrafında birləşirlər”,- deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Çin Kommunist rejiminə məxsus "Global Times" qəzeti isə Kremlin ABŞ-ın özünü lovğalıqla və azğın şəkildə apararaq hər iki ölkəyə qarşı təzyiq həyata keçirdiyini iddia edib.
Məqalə müəllifləri bütün bunların nəticəsi olaraq Rusiyanın Çinlə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində hərbi əməkdaşlığa can atdığına diqqət çəkib.
