Təsəvvür edin ki, işdəsiniz. İş vaxtının bitməsinə az qalmış sizi yığıncağa dəvət edirlər. Hazırlanmaq üçün çox az vaxtınız var və nə geyinəcəyinizi bilmirsiz.
Nə etməli?
Nə olur olsun təşvişə düşməyin. Ən adi geyiminizi belə ziyafətə uyğun dəyişə bilərsiz. Bu məsləhətlərinə əməl etsəniz...
Qara bir don geyincəksizsə...
Qara don hər zaman biz qadınların köməyinə yetir. Ancaq qəbul edək ki, tək qara geyimlə ziyafətə getməmiz uyğun olmaz. Bir neçə parlaq aksessuarla geyimi hərəkətləndirmək lazımdır.
Dəbdəbəli bir boyunbağı, gözəl, qalın bir bilərzik istədiyiniz təsiri yaradacaq. Son toxunuşu isə qısa pencəklə tamamlaya bilərsiz.
Əyninizdə bir cins şalvar və jilet varsa...
Bu gün evdən çıxarkən yığıncağa gedəcəyinizi heç planlaşdırmamış ola bilərsiz. Diqqət çəkən halqa sırğalar, gümüş bir bilərzik sizə kömək edəcək. Əgər yanınızda boynunuza saracağınız şal varsa, görünüşünüz tamamlanmış olacaq.
Kostyum geyinmisizsə...
İşdən çıxırsız və dostlarınız getdiyi əyləncəyə sizi də dəvət edir. Geyiminizə baxıb heç də məyus olmayın. Dərhal pencəyi çıxarıb boynunuza göstərişli bir boyunbağı taxın. Nazik, dik daban ayaqqabı və şlyapanızla rahatlıqla əyləncəyə qatıla bilərsiz.
Ağ köynək, cins şalvar geyinmisizsə...
Evə gedib smoking pencəyinizi üzərinizə geyinin. Gözəl boyunbağı ilə görünüşünüzü tamamlayın. Budur, əyləncəyə hazırsız!
Ətək, pencək geyinmisizsə...
Çox rəsmi bir yerdə işlədiyinizdən həmişə belə geyinməniz normaldır. İşdən sonra əyləncəyə gedəcəksizsə, işə gedərkən çantanıza qara dekolteli bir köynək qoyun. Axşam geyinərkən gümüş aksessuarlarla çox qəşəng yaraşacaq.





