Rusiya sülhməramlıları bu həftə də ermənilərin Azərbaycan ərazisindəki alban məbədlərinə ziyarətini təşkil ediblər.
Bununla bağlı erməni mənbələrinin yaydığı məlumata görə, sülhməramlıların müşayiəti altında 100-dən artıq erməni Kəlbəcərdəki qədim alban məbədi Xudavəng monastır kompleksinə baş çəkiblər. Daha sonra ermənilər Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən, Qafqaz Albaniyasına aid olan Amaras monastırını ziyarət ediblər.
P.S.Rusiya sülhməramlılarının ermənilərə qayğısının səbəbi anlaşılandır. Həmçinin müharibədən sonra ermənilərin qədim alban məbədlərinə olan “sevgisi”nin baş qaldırmasının da məkrli niyyətdən irəli gəldiyi aydındır.
Ancaq sülhməramlı kontingentin qayğıkeş üzvləri, həm də ermənilər birdəfəlik anlamalıdır ki, onların “qədim xristian məbədləri” adlandırdığı Xudavəng və Amarasın əsl sahibləri onlar deyil, Qafqaz Albaniyasının varisləridir...
