|
Qumarda söyüşə görə 7 il 10 aylıq həbs

Şabranda qonşusunu öldürməyə cəhddə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Cinayətə səbəb "peysər" sözü olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən 1992-ci il təvəllüdlü Abbasov Araz Adil oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Araz Ababsov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Araz Abbasov onu təhqir edən, “peysər” deyərək aşağılayan 1991-ci il təvəllüdlü Qasımov Rəşad Sücaəddin oğluna çoxsaylı bıçaq xəsarətləri yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Araz Abbasov deyib ki, hadisə günü qonşusu Rəşad Qasımov məhəllədə onu təhqir edib. Gün ərzində bir neçə dəfə təhqir etdiyi üçün onu vurub. Məlum olub ki, Rəşad Qasımov məhəllədə ona "peysər" deyib. Bu zaman orada başqa tanışları da olub. Bunu qəbul etməyən Araz qisas almaq üçün Rəşadı bıçaqlayıb. Zərərçəkmiş Araz Abbasovu bağışladığını deyib.

Hadisədən bir gün əvvəl bu işdə adı çəkilən 4 nəfər birlikdə qumar oynayırmışlar. Samir Qəhrəmanov oyun zamanı "kartı paylayanın nəsil-nəcabətini öpüm" deyə ifadə işlədib. Bu söz Araz Abbasovun xoşuna gəlməyib və hirslənib.

Araz Abbasov məhkəmədə danışmasa da, məlum olub ki, istintaq zamanı ifadəsində göstərib ki, həmin vaxt kartı puldan oynayırmışlar. Bu sözlərə hirslənərək əlində olan 5 manatı stola çırparaq oradan çıxıb.