|
3 nəfərə qarşı dələduzluqda ittiham edilən Zalovun məhkəməsi başladı

Bakıda 3 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham olunan Sabir Zalovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, əslən Naxçıvandan olan Sabir Zalov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildildikdə) maddəsi ilə ittiham edilir. Onun rəsmi olaraq heç bir yerdə işləmədiyi bəlli olub.

Təqsirləndirilən şəxsin Kamran Budaqov, Vüsal Əliyev və Qulu Əliyevə qarşı külli miqdarda dələduzluq etdiyi bildirilir.

İttihama görə, S.Zalov iş görmək adı ilə hər üç şəxsdən yüz minlərlə manat nağd pul alıb.

Məhkəmənin baxış iclası martın 30-na təyin edilib.