Qeyri-adi həyatı, maraqlı həyat tərzi və çox nadir xəstəlikləri olan insanların hekayələri hər zaman maraqla qarşılanır.
İndi sizə bu nümunələrdən birini təqdim edəcəyik.
Maria Audete do Nascimento, Braziliyanın bir kəndində yaşayan 1981-ci il təvəllüdlü bir qadındır. İnanması çətin olsa da, bu qadın 2 yaşlı körpənin bədəninə və ağlına məhkum olunub.
Bu vəziyyətdə olma səbəbi "Anadangəlmə hipotiroidizm" xəstəliyidir, yəni tiroid hormonu demək olar ki yoxdur. Bədəni və zehni 2 yaşından inkişaf etməkdən imtina edib və bu yaşa qədər heç bir irəliləyiş müşahidə edilməyib.

Onun bu vəziyətdə olmasına səbəb olan xəstəliyin diaqnozu 1989-cu ildə 8 yaşında olan zaman qoyulub. Təəssüf ki, hər şeyin gec olduğunu başa düşəndə. Doğuşdan dərhal sonra diaqnoz qoyulsa idi müxtəlif müalicələrlə normal bir həyat sürə bilərdi, ancaq ailə vəziyyəti çox gec anlayıb.

40 yaşında olmasına baxmayaraq, böyüklər kimi qidalana bilmir, çünki böyüklər tərəfindən istehlak edilən bu qidalar xolesterol səviyyəsini artırır. Bu da onun ürəyinin zəifləməsinə səbəb olur.
Üstəlik, saçları tökülür və körpə uşaqlar kimi yeriməkdə çətinlik çəkir. Danışa bilmədiyi üçün yalnız bir səs çıxarmaqla ünsiyyət qurmağa çalışır. Onun yaşı artdıqca sağlamlığı daha da təhlükə altına düşür.

İllər əvvəl anasını xərçəng xəstəliyi səbəbindən itirən Mariyaya ögey anası baxır.
Son olaraq, sözügedən “körpə” haqqında hazırlanmış bir neçə videoları da təqdim edirik.
Musavat.com
