|
Ağacla döyülən qadının şikayət DİN-in nəzarətinə götürülüb FOTO

Sosial şəbəkələrdə qadının həyat yoldaşı tərəfindən ağac budağı ilə döyülməsi barədə fotolar yayılıb. Bildirilib ki, qadın illərdir əri tərəfindən işgəncə görür.

Daxili İşlər Nazirliyindən cia.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan məsələ DİN-in nəzarətinə götürülüb:

“Müvafiq polis orqanında araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.