|
Bred Pittin oğlu soyadından imtina edir

Hollivud ulduzları Ancelina Coli və Bred Pitt boşanan zaman qəyyumluğa götürdükləri oğulları Madoks aktyorun ona qarşı içkili vəziyyətdə zorakılıq tətbiq etdiyini bildirib. Aparılan araşdırmalardan sonra isə bu zorakılığı sübut edən heç bir dəlil tapılmayıb.

Hazırda Ancelina və 6 uşağı "Coli-Pitt" soyadını daşıyır. Lakin iddialara görə, 19 yaşlı oğlu Madoks "Bred"in adını soyadından çıxartdıraraq, sadəcə "Coli" soyadını daşımaq istəyir.

“US Weekly”də yer alan məlumata əsasən, bəzi sənədlərdə Madoksun soyadı sadəcə "Bred"dir. Buna görə də o, soyadından imtina edəcək.