“Bu günədək 40 mindən artıq təhsil işçisi vaksinasiya olunub. Onların heç birində hər hansı problem yaranmayıb”.
“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bəzən insanlar elmi sübutu olan məlumatlara deyil, şayiələrə inanırlar: “Sevindirici haldır ki, müəllimlərimiz elmə inanırlar”.
E.Əmrullayev mətbuatda məktəblərin bağlanma xəbərinin insanlarda yalnış fikir yaratmamasını istəyib: “Nəzərə alsaq ki, ölkədə 4 000-dən çox məktəb var, onlardan cəmi 10 % məktəb distant tədrisə keçir, 90 %-i isə fəaliyyətini davam etdirir”.
