Əfqanıstanın mərkəzi hissəsindəki Vardak əyalətində xüsusi təyinatlı qüvvələrə məxsus helikopter qəzaya uğrayıb. Azvision.az xəbər verir ki, bu barədə “Tolo News” məlumat yayıb.
Bildirilib ki, helikopterin göyərtəsində 9 nəfər olub. Hadisə nəticəsində onların hamısı ölüb.
Qəzanın səbəbləri barədə hələlik məlumat verilməyib.
