|
Bakıda qadın intihara cəhd edib

Bakının Suraxanı rayonunda intihara cəhd hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Dəmirova Gülnaz Hacıbala qızı yaşadığı evdə özünə bir neçə bıçaq xəsarəti yetirərək intihara cəhd edib.

Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.