|
Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi

Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, bu gün səhər saatlarında müğənninin müalicəsinə başlanılıb.

Qeyd edək ki, Z.Abdullayeva uzun müddətdir revmatizmadan əziyyət çəkir. Xəstəliyi ağırlaşan müğənni yeriməkdə çətinlik çəkir. O, 30 kiloqram arıqlayıb.