|
Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlanıb

Azərbaycanın şimal-qərb bölgəsində daha iki məktəb koronavirusa görə bağlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, Qax şəhər 4 və 2 saylı tam orta məktəbləri martın 15-dən distant təhsilə keçib.

Buna səbəb məktəbdə müəllimlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.