PSJ-nin futbolçuları Markinyos və Anxel Di Mariyanın evi qarət edilib.
Qol.az ESPN-ə istinadən xəbər verir ki, hadisə Fransa çempionatının 29-cu turunun "Nant"la oyunu (1:2) zamanı baş verib. Futbolçuların ailələri evdə olarkən cinayətkarlar mənzilləri qarət ediblər və onları girov götürüblər.
Matç zamanı klubun idman direktoru Leonardo baş məşqçi Maurisio Poçettinoya bu barədə məlumat verib. Di Mariya qarşılaşmanın 62-ci dəqiqəsində əvəzlənib və dərhal stadionu tərk edərək evinə yollanıb.
Futbolçuların ailələrinin zərər görmədiyi qeyd olunub. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
