Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatları olub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, polis mayoru Məmmədov Səhman Cəfərqulu oğlu Bakı Şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun rəisi təyin olunub.
S.Məmmədov bu təyinata qədər Səbayel Rayon Polis İdarəsinin (RPİ) 9-cu polis bölməsinin (PB) rəis müavini vəzifəsində çalışıb.
Nazirin digər əmrinə əsasən isə Səbayel RPİ 8-ci PB-nin rəisi müavini, polis mayoru Əhədov Rəşad Eldar oğlu 9-cu PB-nin rəis müavini təyin edilib.
Səbayel RPİ 9-cu PB-nin baş əməliyyat müvəkkili, polkovnik-leytenant İlham Məmmədov isə 8-ci PB-yə rəis müavini təyin olunub (report.az).
