Dünyaca məşhur müğənni Cennifer Lopez idmançı nişanlısı Aleks Rodrigezdən ayrılıb.
Axşam.az xəbər verir ki, ayrılığın səbəbi açıqlanmasa da, Aleksin dörd illik sevgilisi Cey Loya xəyanət etdiyi deyilir. Yayılan məlumatlara görə, beysbolçu realiti-şou ulduzu Medison Lekroyla gizli eşq yaşayır.
Qeyd edək ki, Cenniferlə Aleksin toyu pandemiyaya görə 2 dəfə təxirə salınmışdı.
