|
"Burak geyimimə qarışmır"

Türkiyəli aktrisa Fahriye Evcen ötən gün oğlu Karan ilə əyləncə mərkəzindən çıxarkən görüntülənib.

Aktrisa müxbirlərlə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə etdirdiyi fotosessiya ilə bağlı danışıb:

"Özüm və sevənlərim üçün etdiyim çəkiliş idi. Çox gözəl idi".

F.Evcen müxbirlərin "Burak Özçivit qısqanc biridir, geyimlərinizə qarışır" sualına belə cavab verib:

"Elə münasibətimiz yoxdur. Burak geyimimə qarışmır".