|
Ötən il baş vermiş cinayətlər üzrə 171 milyon manatdan çox maddi ziyan ödənilib

Baş Prokurorluq ötən il ölkədə baş vermiş cinayətlər zamanı dəymiş ziyanın ödənilməsi ilə bağlı məlumat açıqlayıb.

Baş prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, 2020-ci ildə prokurorluq və digər müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumlarında qeydə alınmış cinayət işləri üzrə 171 milyon 628 min 342 manat maddi ziyanın ödənilməsi təmin edilib.