|
Azərbaycanda vaksin olunanların sayı 428 mini ötüb

Martın 9-da Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 21,204 nəfər vaksinasiya olunub.

Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 428,635 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.