|
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təsdiq edildi

Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib.

Trend-in məlumatına görə, hesabatı ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.

Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.